“Ermənistan rəsmiləri istənilən vaxt mart ayında təsdiqlədikləri saziş layihəsindən imtina edə bilərlər. Onlar xüsusilə də sazişin 1 maddəsi ətrafında çox həssas durum yaradıblar. Paşinyan hökumət iclasında deyib ki, sülh sazişi imzalanandan sonra ümumi sərhədlərimizdə 3- cü qüvvələri yerləşdirməyəcəyik. Belə çıxır ki, sazişin bu maddəsinin Avropa Birliyinin mülki missiyasına aidiyyatı olmayacaq, çünki həmin missiya sərhədlərdə sazişə qədər artiq yerləşdirilib”.
Bu fikirləri
Bakupost.az -a siyasi şərhçi Aydın Quliyev bildirib.
O qeyd edib ki, Ermənistan xarici işlər nazirinin müavini Ovanesyan bəyan edib ki, 3- cü qüvvə anlayışı Avropa İttifaqının hazırda Azərbaycan-Ermənistan sərhədlərində fəaliyyət göstərən mussiyasına aid deyil, çünki Avromissiya sadəcə, mülki təsisatdır. Eyni zamanda həmin missiyanın fəaliyyəti gələcəkdə Ermənistanın seçki və daxili siyasi məsələlərinə də yönəldilə bilər:
“Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Avropa Birliyinin missiyası məsələsində Azərbaycanla prinsipial razılaşmaya qəti hazır deyil və istənilən vaxt mövqeyini dəyişə bilər. Hətta mümkündür ki, saziş layihəsində sərhədlərdə 3-cü qüvvə ilə bağlı razılaşmadan imtina etsin”.
Sevinc,
BakuPost