Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:02 / 28 Noyabr 2024

Ermənistan niyə Kərkiyə ordu yeridir? - Açıqlama

652

Ermənistan ordusunun hərbi maşın karvanının Kərkiyə doğru hərəkət etməsini əks etdirən görüntülər yayılıb. Erməni sosial şəbəkə istifadəçiləri Ermənistan hərbi birliklərinin Cermukdan çıxarılaraq, Naxçıvanla şərti sərhədə, Kərki istiqamətinə getdiyini qeyd edib. Kərkiyə ordu yeritməkdə Ermənistanın məqsədi nədir?

Mövzuyla bağlı Bakupost.az -ın sualını cavablandıran hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistan hələ də Azərbaycanın 4 yaşayış məntəqəsini – Qazaxın 3 kəndi və Kərkini azad etməmək üçün əlindən gələni edir:
“Ona görə də, ola bilsin ki, müəyyən təxribatlar etsinlər və Azərbaycan da bu təxribatlara cavab vermək məcburiyyətində qalsın. Görünür, qoşunları Kərkiyə yeritməkdə də məqsəd budur. Nə qədər ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, qarşı tərəfdən təxribatlar gözləniləndir. Biz hər zaman bu cür təxribatlara hazır olmalıyıq. Ermənistan hələ də bəzi dövlətlərin sifarişini yerinə yetirir. Bu sifariş də ondan ibarətdir ki, onlar Azərbaycanı təxribata çəksinlər və biz də o təxribata cavab verək, ondan sonra da tərəflər arasında müəyyən narazılıqlar olsun”.

Ekspert Polşa prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan şərti sərhəddinə gəlməsinə də aydınlıq gətirib:

“Bu şərti sərhəd olmasına baxmayaraq, yenə də çalışırlar ki, müəyyən gərginlik olsun. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayana qədər bu cür təxribatlara əl atacaq".
Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar