Ru
14:10 / 11 Oktyabr 2024

Ermənistan niyə sülh sazişi imzalamağa tələsir? - ŞƏRH

Ermənistan niyə sülh sazişi imzalamağa tələsir? - ŞƏRH
1565

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Ümumiyyətlə, erməni rəsmilərinin son açıqlamalarından onların sülh sazişi imzalamaq üçün tələsmələri aydın görünür. Bu nə ilə əlaqədardır?

Mövzu ilə bağlı Bakupost.az -a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan rəsmilərinin belə israrlı olmasının səbəbi daxili amillərlə bağlıdır. Ermənistandakı revanşistlər, o cümlədən ordudakı qüvvələr mövcud vəziyyəti dəyişmək, sabitliyi pozmaq istəyirlər. Paşinyan hakimiyyətinin məğlubiyyəti üçün hər cür imkandan istifadə edirlər. Ona görə də, Paşinyan sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir:

“Ermənistan rəsmiləri daxili siyasi vəziyyətin xoşagəlməz nəticələr doğuracağını anladıqlarından nizamlanma prosesinin sürətlənməsinə maraq göstərirlər. Sülhün imzalanması Ermənistana iqtisadi dividentlər gətirə bilər. Təbii ki, burada tərəflərin razılaşdırmalı olduqları məqamlar həm də qlobal güclərin maraqlarını toqquşdurur. Xüsusən də kommunikasiyaların fəaliyyəti üçün razılaşmaların əldə olunması tərəflər üçün həyati önəm daşıyır. Ümumilikdə Ermənistanın rifahı həm də sülh müqaviləsinin imzalanmasından keçir".
Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar