“Ermənistan dəhlizə Rusiyanın nəzarət etməsini istəmir. Sadəcə, İrəvan bunu açıq deməyə çəkinir. Bu, tək üçtərəfli razılaşma ilə tənzimlənmir. Ermənistanla Rusiya arasında 2044-cü ilə qədər sərhədlərin birgə qorunması, hərbi bazaların yerləşdirilməsi ilə bağlı dövlətlərarası təhlükəsizlik sənədi var. Bu sənəd mövcud olduqca Ermənistan bundan qaça bilməyəcək. Ona görə də burada problemlər Moskva ilə İrəvan arasındadır. Azərbaycanla bağlı bu məsələdə hər hansı problem yoxdur”.
Bu fikirləri
Bakupost.az -a REAL sədri, iqtisadçı ekspert Natiq Cəfərli söyləyib. O vurğulayıb ki, rəsmi Bakı sülh danışıqlarından kommunikasiyalara aid müddəaların çıxarıldığını və ayrıca müzakirə ediləcəyini bəyan edib. Bununla Azərbaycan Ermənistana “problemini özün həll et” mesajı vermiş oldu:
“Əlavə saziş imzalamaq, hansısa özəl şirkətə dəhlizin təhlükəsizliyini həvalə etmək İrəvanın problemidir. Azərbaycan dəhlizə kimin nəzarə edəcəyindən deyil, yoldan necə istifadə olunmasına görə danışıqlar aparır. Bakının haqlı tələbi odur ki, "Azərbaycandan-Azərbaycana", yəni Naxçıvana gedən yüklər və sərnişinlər yoxlanılmamalıdır”.
Sevinc,
BakuPost