“Azərbaycan dövlət olaraq ermənilərin öz ərazisində yaşaması barəsində rəsmi mövqeyini bəyan edib. Vaxtilə ərazilərimizdə yaşamış ermənilərin hansı şəkildə geri qayıdıb yaşamaları, təhlükəsizlikləri və hüquqlarının təminatı ilə bağlı konkret mövqe var”.
Bunu
Bakupost.az -a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, Azərbaycan vaxtilə Qarabağda yaşamış ermənilərlə bir neçə dəfə ünsiyyət qurulub, hətta onların qeydiyyatı üçün müvafiq portal da yaradılıb:
"Azərbaycan dövlətinin bu davranışı beynəlxalq prinsiplərə uyğundur. Ermənistan tərəfi məhz beynəlxalq qanunlara uyğun olaraq, Qərbi azərbaycanlılarla danışıb, onların hansı şəkildə geri qayıtması ilə bağlı müzakirə aparmalıdır. Ermənistan tərəfindən vaxtilə orada yaşamış azərbaycanlıların geri qayıtması fonunda hüquqları və təhlükəsizliyi ilə bağlı heç bir açıqlama verilməyib. Ermənistan bu məsələ ilə bağlı beynəlxalq qanunlara uyğun addım atmalıdır. Əks təqdirdə sözügedən məsələ ilə bağlı ortaq məxrəcə gəlinməyəcək”.
Sevinc,
BakuPost
Danışıqlar siyasi təmas, haqqı hüquq və təhlükəsizlik zəmanəti təmin edə bilər? İlk öncə mülklərinin bərpasını Ermənistan və Beynəlxalq Məhkəmələrində rəsmən İddia etməlidirlər! 33 illik kütləvi erməni militarizminin vəhşı-hərbi cinayətləri operativ mühakiməsizliyə görə də davam edib və azadlıqdan sonra belə haqq-hüquq tərəfdarlarımız tamamlanmır?