Ru
16:05 / 06 Mart 2025

Ermənistan regionda gərginliyin qalmasına maraqlıdır - Açıqlama

Ermənistan regionda gərginliyin qalmasına maraqlıdır - Açıqlama
Eye

“Azərbaycan üçün prinspial şərtlər ondan ibarətdir ki, Ermənistan konstusiyasına dəyişikliklər etməli, ATƏT-in Minsk Qrupu buraxılmadır. Çünki bu iki amil ümumiyyətlə, sülh sazişinin imzalanmasını qeyri-mümkün edir. Bu gün Minsk Qrupunun fəaliyyətini davam etməsinə ehtiyac yoxdur. Çünki o, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi üçün yaradılmışdı. Bu gün isə münaqişə mövcud deyil. Deməli ATƏT-in Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmır”.

Bunu Bakupost.az -a politoloq Elşad Mirbəşiroğlu bildirib.

O deyib ki, Ermənistan konstusiyasının preambulasında Müstəqillik bəyannaməsinə istinad edilir. Orada da Azərbaycana qarşı ərazi iddiaları var. Yəni bu gün Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, o saziş konstitusiya ilə ziddiyyət təşkil edəcək və gələcəkdə heç cür hüquqi qüvvəsi olmayacaq. Ona görə də, sülh müqaviləsinin bağlanmamasının yeganə günahkarı Ermənistandır:


“Ermənistan sülh ritorikasına üstünlük verir. Amma real addım atmır. Bu o deməkdir ki, Ermənistan regionda gərginliyin qalmasına maraqlıdır. Sözsüz ki, burada kənar dairələrin təlimatları da, Ermənistan üzərində təsiri də ciddi rol oynayır. Məsələnin ikinci tərəfi isə, komunikatsiyaların, Zəngəzur dəhlizinin açılmasıdır. Bir neçə gün öncə, Paşinyan bildirdi ki, bütün komunikatsiyalar Azərbaycanın üzünə açıq olduğu halda, Azərbaycan tərəfi Ermənistana münasibətdə bunu etmir. Bunlar əsassız fikrlərdir. Yenə də, Ermənistan guya konstruktiv mövqe nümayiş etdirir. Guya komunikatsiyaların açılmasında maraqlıdır. Amma bununla bağlı heç bir praktiki addım atmır”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar