Ermənistan XİN: İrəvan ölkə sərhədinə müstəqil nəzarət etməlidir
Ermənistan üçüncü dövlətlərin iştirakı olmadan ölkə sərhədinə müstəqil şəkildə nəzarət etməlidir.
Bakupost.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər nazirinin müavini Paruyr Hovhannisyan "İnterfaks"a açıqlamasında bildirib.
“Bilirsiniz ki, Ermənistan sərhədlərinin mühafizəsi həmişə üçüncü ölkələr tərəfindən həyata keçirilib. Nəhayət, biz öz sərhədimizi özümüz nəzarət etməyi bacarmalıyıq”, – deyə diplomat vurğulayıb.
Ermənistan Xarici İşlər nazirinin müavini həmçinin ABŞ-ın sərhəd təhlükəsizliyi üzrə xüsusi qrupunun ölkədə fəaliyyətə başlamasından sonra Rusiyanın Federal Təhlükəsizlik Xidməti qoşunlarının Ermənistandan çıxarılacağını da bildirib.
Hovhannisyan əlavə edib ki, Vaşinqtonun addımları Ermənistanın sərhəd nəzarəti imkanlarının inkişafına yönəlib.
Bundan başqa, Ermənistan xarici işlər nazirinin müavini, suala cavab olaraq, Amerikanın xüsusi qrupunun fəaliyyətinin aktivləşməsinin Rusiya sərhədçilərinin çıxarılması ilə birbaşa əlaqəli olduğunu təsdiqləyib.
Lalə, BakuPost