Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:40 / 03 Dekabr 2024

Ermənistan sərhəddə niyə qoşun toplayır? - ŞƏRH

1191

Son dövrlər Ermənistanın Naxçıvan, Kəlbəcər və Zəngəzur istiqamətində yeni hərbi hissələr yaratması, bu bölgələrə hərbi texnika və canlı qüvvə cəlb etməsi müşahidə olunur. Bəzi ekspertlər bunu Ermənistanın yeni müharibəyə hazırlaşması kimi dəyərləndirirlər. Bu iddialar nə dərəcədə həqiqətə uyğundur,

Mövzu ilə bağlı Bakupost.az -a danışan hərbi ekspert Ramil Məmmədli bu Ermənistanın bu addımının təhlükəli olduğunu qeyd edib:

"Təbii ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxdıqdan sonra hər zaman ordu birləşmələrinin dislokasiya olunduğu yeni təmas xəttinin yaradılmasına cəhd edib . Bu, normal tendensiya deyil. Çünki onlar 2020-ci ildə hərbi əməliyyatlar dayanandan sonra üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Bu öhdəliklərdən biri də Zəngəzur dəhlizinin açılması və sabitliyin qorunması üçün addımlar atılmasıdır. Amma bunun əvəzində Göyçə gölündən Araz çayına qədər olan, təxminən 400 kilometr məsafədə, şərti sərhəd bölgəsində yeni mühəndis-istehkam işləri həyata keçirilib, istehkamlar qurulub və müdafiə xətti formalaşdırılıb. Təbii ki, bunun ardınca Qərbdən aldığı silah-sursatlar həmin ərazilərə gətirilib. Orada yeni hərbi birləşmələrin, silah və texnikaların yerləşdirilməsi təmin edilib. Bu, təbii ki, mənfi tendensiyadır".



Ekspertin sözlərinə görə, bütün bunlar Ermənistan-Azərbaycan münasibətlərinİN gərginləşməsinə səbəb ola bilər:

"Rəsmi İrəvan bu prosesi dayandırmalı və səmimi şəkildə münaqişənin həlli, ümumiyyətlə, Cənubi Qafqazda sabitliyin bərqərar olunması üçün konkret addımlar atmalıdır. Təəssüf ki, Ermənistan kənar qüvvələri bölgəyə cəlb etməklə münasibətləri başqa istiqamətə çəkməyə çalışır.
Ola bilər ki, müəyyən mərhələdə hansısa lokal, kiçik qarşıdurmadan söhbət gedə bilər, amma Ermənistan irimiqyaslı hərbi əməliyyatlara başlamaq iqtidarında deyil".

Hərbi ekspert Şair Ramaldanov isə məsələyə fərqli yanaşır. Onun fikrincə, biz onsuz da Ermənistanla müharibə şəraitindəyik:



"Sadəcə, atəşkəs rejiminə keçmişik. O ki qaldı Ermənistanın sərhədə qoşun yığmasına, bu, onun öz ərazisidir. Ermənistan orada yerdəyişmə edə bilər. Əməliyyat şəraiti isə Azərbaycan Ordusunun nəzarəti altındadır. Ona görə də burada qeyri-adi bir şey yoxdur və bu mövzuda geniş şərh verməyə ehtiyac yoxdur".

Lalə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar