Ru
00:17 / 25 İyul 2024

Ermənistan sürətlə silahlanır: Məqsəd nədir? - Açıqlama

2600
Ermənistan Hindistandan növbəti dəfə silah almağa başlayıb. Belə ki, iki ölkə arasında “Pinaka” raket sistemləri və “Akaş” yer-hava raketlərinin alınması ilə bağlı müqavilə imzalanıb. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanın 2024-2025-ci maliyyə illəri üçün Dehlidən silah və hərbi texnika alınmasına dair imzaladığı müqavilələrin həcmi 600 milyon dollara çatıb.

Bəs Ermənistanın bu cür israrla silahlanmasında məqsəd nədir?



Bakupost.az- ın sualını hərbi ekspert Azad İsazadə cavablandırıb.

O, Ermənistanın danışıqlar prosesində nisbətən neytral vəziyyət yaratmaq üçün silahlanmağa çalışdığını bildirib:

“Aydındır ki, Vətən müharibəsinin nəticəsində Azərbaycan kifayət qədər üstünlük qazanıb. Hazırda qələbə çalmış ölkə kimi öz şərtlərimizi, o cümlədən hadisələr nəticəsində itirdiyimiz maliyyəni kompensasiya şəklində tələb edirik. Eyni zamanda gələcəkdə ərazilirəmizə hücum olmaması üçün zəmanət tələb edirik. Buna görə də Ermənistan çalışır ki, əlində yeni arqument olsun. Onlar bununla demək istəyir ki, biz də lazım olsa, cavab verə bilərik. Prosesin mahiyyəti bundan ibarətdir”.

Hərbi ekspert silahlanmanın davam edəcəyini bildirib:

“Nəticədə Azərbaycanın da silahlanması davam edəcək və silahlanma yarışı yaranacaq. Bu isə hər iki ölkənin iqtisadi vəziyyətinə təsir göstərəcək”.
A.İsazadə Ermənistanın Hindistandan silah alan ilk ölkə olduğunu bildirib:

“Bu günə qədər Hindistan heç bir ölkəyə silah satmayıb, çünki tələbat yoxdur. Ona görə də biz heç bilmirik ki, silahlar nə qədər keyfiyyətlidir. Amma biz bunu gözləməli deyilik və hansısa tədbirləri görməliyik. O ssenariya hazır olmalıyıq ki, Ermənistan müharibəyə başlamaq istəyir. Müharibəyə başlamamaq üçün onların qarşısına öz arqumentlərimizi qoymalıyıq ki, silahımız kifayət qədərdir və bu silahlarınızla bizi qorxuda bilməzsiniz”.
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar