Ermənistan Türkiyə ərazisi vasitəsilə Suriyaya humanitar yardım göndərib.
Bakupost.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunun üçün Ermənistan-Türkiyə sərhədində “Marqara” nəzarət-buraxılış məntəqəsi müvəqqəti olaraq açılıb.
Məlumata görə, dərman vasitələri və ərzaqdan ibarət humanitar yardımı daşıyan yük avtomobilləri artıq sözügedən məntəqədən keçib.
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Suriyaya yardımın göndərilməsində əməkdaşlıq etdiyinə görə Türkiyəyə təşəkkür edib.
Xatırladaq ki, Ermənistan hökuməti “Marqara” sərhəd-buraxılış məntəqəsini müvəqqəti olaraq açmaq barədə qərar qəbul edib. Bildirilib ki, məntəqə Suriyaya yardım göndərilməsi üçün açılır və martın 21-dən 31-nə qədər açıq olacaq.