Ermənistan Müdafiə Nazirliyi bir sıra xarici və erməni KİV-lərində Yerevanın Ukraynaya raketlər vermək niyyətində olması ilə bağlı yayılan məlumatları təkzib edib.
Bakupost.az “Armenpress” dövlət agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.
O qeyd edib ki, Müdafiə Nazirliyinin müvafiq bölməsi daim hərbi sahəyə aid mətbu nəşrlərin monitorinqini aparır və lazım gəldikdə cavab verir.
“... Biz erməni media tərəfdaşlarını xarici təbliğat mənbələri tərəfindən mediaya atılan yalan tezisləri yaymamağa çağırırıq”, - Torosyan bildirib.
Bundan əvvəl bəzi KİV-lər Ermənistanın “Toçka-U” raket sistemlərini və hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil vermək istədiyi barədə məlumat yayıblar.
Zaur
BakuPost