Ru
10:39 / 10 Mart 2025

Ermənistan Xankəndində ölmüş erməniəsilli qadının meyitini təhvil almaqdan boyun qaçırır

Ermənistan Xankəndində ölmüş erməniəsilli qadının meyitini təhvil almaqdan boyun qaçırır
Eye

1954-cü il təvəllüdlü, erməniəsilli Ağasyan Vera Varaşakovnanın 20.10.2024-cü ildə, Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf 5 aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir.

Bakupost.az xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.

O bildirib ki, bütün bunlar Ermənistan tərəfinin itkinlər və əsir-girovlar məsələsində qeyri-konstruktiv, qeyri-humanist mövqe sərgilədiyinin göstəricisidir.

General-leytenant qeyd edib ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana əməkdaşlıq nümunəsi göstərib: "Erməni tərəfi bizim ərazilərdə özlərinə aid meyitlərin axtarılması və aparılmasında heç bir çətinlik görmədi. Əksinə bu işdə onlara hərtərəfli dəstək göstərdik".

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar