Ru
17:05 / 12 Mart 2025

Ermənistana ayrılan 10 milyon silah almağa xərclənir - Açıqlama

Ermənistana ayrılan 10 milyon silah almağa xərclənir - Açıqlama
Eye

“Aİ-nin Avropa sülh fondundan Ermənistana təhlükəsizliyi təmin etmək adı altında verilən pullar silaha görədir. Avropa İttifaqının bütün yetkililəri bilir ki, bu pullar nəyə xərclənilir. Yəni sülh üçün Ermənistana ayrılan pullar insanları öldürmək, başqa ölkənin ərazisinə göz dikmək üçün olan məqsədlərə xidmət edir”.

Bakupost.az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu, bir daha Avropa siyasətinin nə qədər ikiüzlü olduğunun göstəricisidir. Ən başlıcası isə beynəlxalq hüquqa hörmətsizlikdir:



“Avropa İttifaqı regionda yaranmış yeni reallığı qəbul etmir. Reallıq nədir? Beynəlxalq hüququn təmin olunması. Avropa İttifaqı, xüsusilə də Fransa bunu qəbul etmir. Onların hansı şəkildə davranmalı olmalarından asılı olmayaraq, reallıq olduğu kimi qalır. Ermənistana verilən 10 milyon vəsait bu reallığı dəyişəcək imkana sahib deyil”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar