Ru
15:55 / 14 Mart 2025

“Ermənistana qarşı ciddi addımlar atılacaq” - Millət vəkili

“Ermənistana qarşı ciddi addımlar atılacaq” - Millət vəkili
Eye

“Ermənistan rəsmiləri sülh danışıqlarında müsbət məqamları qeyd etsələr də, görünən odur ki, onlar hərbi ritorikadan əl çəkməyiblər. Üstəlik, son illər Ermənistan sürətlə silahlanır və bu silahlar təkcə müdafiə xarakteri daşımır. Uzunmüddətli təlimlərə ehtiyatda olan hərbçilərin cəlb olunması da müəyyən niyyətlərdən xəbər verir”.

Bunu Bakupost.az -a millət vəkili Arzu Nağıyev bildirib.

O qeyd edib ki, Ermənistan tərəfi Avropa İttifaqının regiondakı müşahidə missiyasının məlumatlarından istifadə edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan faktiki olaraq Rusiyaya qarşı addımlar atır, Moskvanı Cənubi Qafqazda mümkün münaqişəyə cəlb edir. Bu cür hərəkətləri Qərb, xüsusən də Rusiya Federasiyasının regionda təsirini zəiflətməyə çalışan Avropa İttifaqı və Fransa istiqamətləndirir:


“Azərbaycan Ermənistanın istənilən qanunsuz hərəkətinə qarşı ciddi cavab addımları atacaq. Ona görə də Ermənistanın hər hansı təxribatı onun üçün problemlə nəticələnəcək”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar