“Hazırda Azərbaycanı narahat edən məsələlərdən biri Ermənistanın silahlandırılmasıdır. Tərəflər arasında danışıqlar getdiyi bir vaxtda Ermənistan ayrı-ayrı ölkələrdən silahlar alır. Kasıb bir dövlətin bu qədər pulları haradan alması çox maraqlıdır. Ermənistan büdcəsindən silahlanmaya bu qədər maliyyə ayrılması inandırıcı deyil”.
Bunu Bakupost.az -a politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, İrəvanı silahlandıran bunun Azərbaycana qarşı təxribatlara yol açacağının qaçılmaz olduğunu anlamalıdırlar:
"Ermənistanın silahlanması təhlükələrə yol aça bilər. Bu da son nəticədə lokal müharibəyə gətirib çıxaracaq. Çünki Azərbaycan buna seyirci qalmayacaq”.
Sevinc,
BakuPost