Ru
14:27 / 04 İyun 2024

"Ermənistanda dövlət çevrilişi real deyil" - Politoloq

"Ermənistanda dövlət çevrilişi real deyil" - Politoloq
1817

“Ermənistanda vəziyyəti gərginləşdirməkdə maraqlı olan Rusiyadakı müəyyən qüvvələrdir. Rusiyanın hərbi elitası nə qədər çalışsa da, bu işi sona kimi apara bilməyəcək. Çünki Ermənistandakı hazırkı vəziyyət ABŞ-ın maraqlarına uyğundur. Paşinyan üçün isə şəxsi maraqlar hər şeydən üstündür. Erməni tarixində belə hallar çox yaşanıb. Onlarda dövlət maraqlarından daha çox şəxsi maraqlar üstünlük təşkil edir. Bu səbəbdən Ermənistanda dövlət çevrilişi olacağı real deyil”.




Bu fikirləri Bakupost.az -a Ermənistandakı vəziyyəti şərh edərkən politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, Ermənistanda baş verən proseslər yavaş-yavaş qaydaya düşür:

"Paşinyan özü də meydandan gəlib və meydana qarşı atılacaq addımları ardıcıllıqla həyata keçirir. İndiki vəziyyət də onu göstərir ki, Ermənistan hökuməti Paşinyanın başçılığı altında hadisələri nəzarətə götürür".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar