Ru
16:08 / 20 Sentyabr 2024

Ermənistanda enerji problemi: hətta hökumət binasında da işıq kəsilir

571
Bu gün Ermənistan parlamnetində “Elektrik enerjisi təchizatı sahəsində müasir problemlər və onların həlli yolları” mövzusunda dinləmələr keçirilir.

Bakupost.az xəbər verir ki, bu barədə "Novosti Armeniya" məlumat yayıb.

Qeyd olunur ki, dinləmələrə ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyan dəvət olunub.

Xatırladaq ki, bu yaxınlarda baş nazir Nikol Paşinyan ölkənin bütün ərazilərində elektrik enerjisinin keyfiyyətindən böyük narazılıq olduğunu bildirmişdi:

"Əhali İrəvanda, mədəniyyət, idman, kənd təsərrüfatı sahələrində bu problemdən şikayətlənirlər. Hökumətin iclası zamanı elektrik enerjisinin kəsilməsi də bizə burada nəyinsə səhv olduğuna dair siqnal olmalı idi”.

Paşinyan qeyd etmişdi ki, problemlər təkcə elektrik enerjisi deyil, həm də su təchizatı, yol tikintisi, tullantıların idarə olunması ilə bağlıdır.

Ermənistanın “İravunk” nəşri isə hələ yazda enerji təhlükəsizliyi üzrə ekspert Armen Manvelyana istinadən ölkənin enerji və logistika təhdidləri ilə üzləşəcəyini bildirmişdi.

Ermənistan ərazisindən keçən qaz kəmərinin Rusiya “Qazprom”unun filialı olan “Qazprom Armeniya” şirkətinə məxsus olduğunu vurğulayan erməni ekspert bildirmişdi:

“Ermənistan hakimiyyətinin “Qazprom Ermənistan”la problemləri olacaq, çünki siyasət bir şeydir, real qaz təchizatı isə tamam başqadır. Siyasətçilər bəzi qeyri-ciddi bəyanatlar verə bilərlər, lakin qaz şirkətləri bir-biri ilə razılığa gəlməlidir”.

Təbii sərvətləri və enerji ehtiyatları məhdud olan Ermənistanda daxili enerji mənbələri enerji tələbatının cəmi 30-35 faizini təmin edir. Bu ölkəyə enerji əsasən, Rusiya, İran və Avropa ölkələrindən ixrac olunur.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar