Ru
11:53 / 22 Noyabr 2024

Ermənistanda hərbçilər təlimlərə çağrılır

Ermənistanda hərbçilər təlimlərə çağrılır
Eye

2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır.

Bakupost.az xəbər verir ki, müvafiq qərar layihəsi Ermənistan Müdafiə Nazirliyi tərəfindən təqdim olunub.

Bildirilib ki, qərar layihəsi rütbəli zabitlərin və birinci qrup ehtiyatda olan zabitlərin hərbi vərdişlərinin təkmilləşdirilməsi, hazırlanması, zərurət yarandıqda ehtiyatda olan zabitlərin döyüş növbətçiliyinə cəlb edilməsi zərurəti ilə əlaqədardır.

Ehtiyatda olan hərbçilərin 25 təqvim günündən çox olmayan müddətə təlimə cəlb ediləcəyi deyilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar