Ru
09:43 / 18 Noyabr 2024

Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi

Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi
Eye

Ermənistanın Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan istefa verib.

Bakupost.az xəbər verir ki, Andreasyan bu barədə özünün Facebook səhifəsində paylaşım edib.

Karen Andreasyan istefasının səbəblərini demək istəməyib.

"Mən Ali Məhkəmənin üzvü olmaqdan imtina edirəm. Görünür, hər şey aydındır, amma heç nə demək istəmirəm”.

Karen Andreasyan deyib ki, o, məhkəmə sistemini biabırçı böhrandan çıxarıb:

“İçəridəkilər bunu dəqiq bilirlər və yəqin ki, etiraf edəcəklər”.

Bundan başqa Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar