Ermənistanın Ararat bölgəsində yolların buz bağlaması səbəbindən yüzdən çox avtomobil toqquşub.
Bakupost.az xəbər verir ki, bu barədə “Shamshyan” kriminal portalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəzalar nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Hadisə səbəbindən yolda tıxac yaranıb.
Faktla bağlı cinayət işi açılıb.
“Shamshyan”ın fotomüxbiri bildirib ki, yol "dumanlı və buzlu" olub, lakin yol xidmətləri heç bir tədbir görməyib. Qəza baş verdikdən sonra 20-dən çox avtomobilin sürücüsü yol polisini gözləmədən hadisə yerini tərk edib.
Lalə, BakuPost