"İyulun 12-də əcnəbi vətəndaş Ermənistan Daxili İşlər Nazirliyinin Meğri İdarəsinə iyulun 11-də saat 22:15 radələrində Meğri sərhəd-keçid məntəqəsinin yaxınlığındakı avtomobil dayanacağında onunla sözügedən dayanacaq işçisi arasında növbə üstündə münaqişə yaranıb. Həmin şəxs onun üzünə iki yumruq zərbəsi endirib".
Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatının sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
O qeyd edib ki, xarici vətəndaşa bədən xəsarəti yetirən adamın şəxsiyyəti hadisə baş verən gün müəyyən edilib:
"25 yaşlı Aqarak sakini polisə gələrək törətdiyi cinayəti etiraf edib. O, İstintaq Komitəsinin Sünik (Zəngəzur) bölgəsi üzrə şöbəsinə aparılıb".
Qeyd edək ki, İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, Xoy şəhər sakini Amid Quluzadə döyülüb.
Zaur, BakuPost