“Bu gün Azərbaycan və Ermənistan arasında de-fakto sülh rejimi mövcuddur. Bu, Aİ-nin Ermənistandakı missiyasının (EUMA) xidməti deyil. De-fakto sülh ikitərəfli danışıqların nəticəsidir. Ermənistan tərəfindən təhlükə olarsa, EUMA təhdidi zərərsizləşdirmək üçün güc tətbiqinə mane olmayacaq. Ermənistan rəhbərliyi danışıqlar prosesinə üçüncü qüvvələri dəvət etməkdənsə, dünyanın hazırkı de-fakto rejimini yüksək qiymətləndirməli və ikitərəfli formatda danışıqlara davam etməlidir. Sülh müqaviləsinin maddələrindən biri sərhəd müəyyənləşdirilməsi prosesindən xəbər verir. Azərbaycan isə sərhəddə üçüncü qüvvələrin olmasına qarşı çıxır”.
Bunu
Bakupost.az -a politoloq Fərhad Məmmədov bunu bildirib.
O qeyd edib ki, Ermənistan baş naziri bu yanaşmadan istifadə edib Rusiyanı Ermənistan-Azərbaycan şərti sərhədindəki yerləşmə məntəqələrini tərk etməyə sövq edir, indi növbə EUMA-nındır:
“Son günlərdə Paşinyan sərhədin artıq delimitasiya və demarkasiya olunmuş ərazilərində EUMA nümayəndələrinin görünməyəcəyini diqqətə çatdırıb. Yəni, sən demə, EUMA uzun illər Azərbaycanla sərhəddə olacaqmış. Belə yanaşma ilə Ermənistan sərhəd müəyyənləşdirilməsi üzrə hüquqlararası komissiyanın effektivliyini sorğulayacaq, onu iflic vəziyyətinə salacaq. Axı Azərbaycan komissiyanın işini davam etdirmək üçün EUMA-nın fəaliyyətinin dayandırılmasını şərt qoya bilər”.
Politoloqun dediyinə görə, Aİ-yə Ermənistandan gələn ilin fevralında başa çatan EUMA-nın fəaliyyətinin uzadılmasını tələb edən müraciət yoxdur. Yeni komissarlar heyəti yarandıqdan sonra Aİ-nin özündə də maraqlı proseslər baş verir. Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəliyinin strukturları 2024-cü il üçün büdcəsini aşıb, 2025-ci ildə isə məhdudiyyətlər gözlənilir:
“Həmçinin diplomatik missiyaların birbaşa Avropa İnvestisiya Bankının ofisləri ilə mülki müdafiə və humanitar yardım əməliyyatları həyata keçirən qurumlarla birləşdirilməsi təklif olunur. Ümumilikdə 800-ə qədər işçini işdən çıxarmağa hazırlaşırlar. Bu şərtlərlə Aİ Ermənistanda EUMA-nı uzatmağa hazırlaşır?! Hansı prioritetlə ?! Rusiyanın sanksiyalarından yan keçməsinə şərait yaradan, Rusiya büdcəsini doldurmaqla məşğul olan ölkədə Aİ niyə missiyada iştirak etməlidir? Təbii ki, etməməlidir”.
Sevinc,
BakuPost