Avropa Komissiyası Ermənistanın Avropa İttifaqına qoşulmaq təşəbbüsünü təhlil edəcəyini və bu məsələ ilə bağlı erməni tərəfi ilə müzakirə aparacağını bəyan edib.
Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Aİ Komissiyasının rəsmi nümayəndəsi Anitta Hipper məlumat verib.
"Biz (sənədi) təhlil edəcəyik və Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik", - deyə o bildirib.
Hipper qeyd edib ki, Ermənistanda baş verənlər birliyin dəyərlərini və cəlbediciliyini göstərir.
Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti Avropa İttifaqına qoşulma prosesinin başlanılması ilə bağlı qanun layihəsini təsdiq edib.
Bununla yanaşı, respublikanın baş naziri Nikol Paşinyan bildirib ki, bu məsələyə yalnız referendum yolu ilə qərar verilə bilər.
Lalə, BakuPost