Ru
11:32 / 09 Yanvar 2025

Ermənistanın Aİ–yə daxil olması ilə bağlı referendum keçirilə bilər - Paşinyan

Ermənistanın Aİ–yə daxil olması ilə bağlı referendum keçirilə bilər - Paşinyan
777

Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasını müzakirə edəcək.

Bakupost.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu məsələ üzrə diskussiyaların hökumətin bugünkü iclasında keçirilməsi nəzərdə tutulur.

Ermənistanın baş naziri Nikol Paşinyan məsələyə münasibət bildirib.

O, bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərar ümumxalq referendumunda verilməlidir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar