Ru
15:11 / 19 Mart 2025

"Ermənistanın məqsədi rəmzi sülh müqaviləsi imzalamaqdır" - Rasim Musabəyov

"Ermənistanın məqsədi rəmzi sülh müqaviləsi imzalamaqdır" - Rasim Musabəyov
Eye

“Rəsmi Bakı Zəngəzur dəhlizi açılmayınca, ermənilər üçün digər yolların fəaliyyətinə imkan yaratmayacaq. Türkiyə də Azərbaycanla eyni mövqedədir. Ermənistanın isə məqsədi odur ki, Azərbaycanla rəmzi sülh müqaviləsi imzalayıb, daha sonra öz iddialarını həyata keçirməyə imkan və vaxt qazansın. İrəvanın təklif etdiyi yol heç də birmənalı deyil. İddia edirlər ki, Azərbaycan Gorusdan keçməklə Ermənistanın daxili ilə Türkiyəyə gedə bilər. Laçın-Gorus yolunu Zəngəzura alternativ kimi təklif edirlər. Amma bu, məqbul variant deyil”.

Bu fikirləri Bakupost.az -a politoloq Rasim Musabəyov bildirib.

O deyib ki, Azərbaycandan Türkiyəyə getmək üçün Ermənistana ehtiyacı yoxdur. Gürcüstan və İran yolundan istifadə etməklə bu, mümkündür.

Rasim Musabəyovun dediyinə görə, Türkiyə ilə sərhədlərin açılmasını erməni tərəfi məhz bu xəttin əsasında görür:


"İddia edirlər ki, Azərbaycan Laçın-Gorus yolundan istifadə etsə, Türkiyə də Ermənistanla sərhədlləri açacaq və onlar bundan faydalanacaq. Bu sözsüz ki, Bakıya lazım deyil. Azərbaycanın əsas tələbi odur ki, Zəngəzurdan keçən ən qısa yol açılsın və Naxçıvanla birbaşa əlaqələr təmin edilsin".

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar