Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:07 / 25 İyul 2024

Ermənistanın müasir silahları - Azərbaycan buna susmayacaq...

2157
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.

Həmçinin bu dəstək Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək tabor səviyyəli bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək.




Məsələyə münasibət bildirən politoloq İlyas Hüseynov Bakupost.az -a deyib ki, Avropa Sülh Fondunun sözügedən yardımı bu qurumun adı və mahiyyətinin ziddiyyət təşkil etdiyini göstərir. Çünki Fond eskalasiyaların maliyyələşməsində iştirak edir.


Politoloqun sözlərinə görə, Ermənistanda birgə yaşayış təşviq edilməkdənsə, bu ölkə, müdafiə qabiliyyətinin artırılması adı altında silahlandırılır:


"Ermənistanın müasir silahlara əlçatanlığı üçün işlər görülür. Bu isə orada revanşizmin güclənməsinə gətirib çıxarır. Azərbaycanın buna susacağını düşünmək doğru olmaz. Yəqin ki, bu addımlara cavab veriləcək. Azərbaycan tərəfi Avropa Sülh Fondunun işini neqativ qiymətləndirir. "Avropa Sülh Fondu" kimi təşkilatlar regionda sülhü pozmaq naminə çalışırlar və bu da onların əsl mahiyyətini ortaya qoyur".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar