Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:47 / 22 Oktyabr 2024

"Ermənistanın silahlanmasına qarşı tədbirlər görülür" - Ekspert

635
"Ermənistanın hərbi xərclərini artırması yaxşı hal deyil. Bu Azərbaycan üçün narahatlıq yaradan məqamdır. Xüsusən də son olaraq Hindistandan almaq istədikləri raketlərin maksimum uçuş məsafəsinin 500 km olması diqqətə alınmalıdır. Hesab edirəm ki, Hindistanın bu tip raketləri Ermənistana satması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək. Amma Azərbaycan prosesləri diqqətlə izləyir və hərbi xərclərini artırır. Təhlükələri lokallaşdırmaq üçün işlər görülməlidir".

Bunu Bakupost.az -a hərbi ekspert Üzeyir Cəfərov bildirib.

O qeyd edib ki, Ermənistanı silahlandıran ölkələr bunun regionda gərginliyə səbəb olacağının nəzərə almırlar:

“Ermənistanın silahlandırlması bundan sonra da davam edəcək. Azərbaycan artıq Ermənistanın silahlanmasına qarşı adekvat addımlar atmağa başlayıb. Xüsusən də, Pakistan istehsalı olan təyyarələr, İtaliya istehsalı olan hərbi yük təyyarələri alınıb, hava hücumundan müdafiə sistemləri yenilənir və yeni silahlar Azərbaycan ordusunun arsenalına daxil edilir. Hərbi xərclərin artırılması da Ermənistanın artan silahlanmasına qarşı görülən tədbirlərdən biridir. Azərbaycan hökuməti daha modern hava hücumundan müdafiə sistemlərinin alınması ilə strateji obytektlərin və böyük şəhərlərin təhlükəsizliyini təmin etmək məqsədi güdür".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar