Ru
16:00 / 14 Aprel 2025

“Ermənistanın yaydığı məlumatın real əsası yoxdur” - MN

“Ermənistanın yaydığı məlumatın real əsası yoxdur” - MN
Eye

“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır”.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb:

“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür.

Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar