Ru
14:44 / 07 Oktyabr 2024

“Ermənistanla məsələ kökündən həll edilməlidir” - Açıqlama

672
“Ermənistan Azərbaycanın Konstitusiya dəyişikliyi ilə bağlı tələbini yerinə yetirməkdən çəkinir. Rəsmi Bakının şərti bəllidir, Azərbaycana ərazi iddiası olan bənd Ermənistan Konstitusiyasından çıxarılmalıdır ki, sülh müqaviləsini tam şəkildə imzalamaq mümkün olsun. Artıq 16 bənddən 13-ü razılaşdırılıbsa, demək, anlaşmaq mümkündür. Qalan 3 bəndi də razılaşdırmaq olar. Sadəcə, bu yöndə addım atılmalıdır. Əsas məsələ Konstitusiya dəyişikliyi ilə bağlıdır. Bunu da həll edək, tam ciddi bir sülh sazişi imzalayaq”.

Bu fikirləri Bakupost.az -a politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, rəsmi Bakı obyektiv olaraq yarımçıq müqavilə imzalamaq istəmir. Saziş Paşinyanın dediyi kimi imzalansa, həll edilməmiş məsələlər qalacaq. Bir gün də Paşinyanın yerinə gələn hakimiyyət deyəcək ki, Ermənistan Konstitusiyasında dəyişiklik etmək olmaz. Yəni ərazi iddialarını davam etdirəcəklər. Buna görə də məsələnin köklü həllini istəyirik:

“Paşinyandan bircə addım atmasını tələb edirik ki, 13 bəndi razılaşdırmışıqsa, 3-nü də razılaşdıraq, məsələ birdəfəlik həll edilsin. Ermənistan hakimiyyəti bunu parlament yolu ilə etməyə çalışır. Azərbaycan da tələb edir ki, referendum keçirilsin, erməni xalqı öz iradəsini ortaya qoyub o bənddən imtina etsin. Nə yolla olur-olsun, bunu eetsinlər. Əsas odur ki, Paşinyanın buna gücü çatır, çatacaq. Başqa yolu yoxdur”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar