Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:37 / 12 Dekabr 2024

"Əsəd rejiminin çöküşü maraqlarımıza cavab verir" - Rəşad Bayramov

558
“Bəşər Əsəd hakimiyyətdə olduğu illərdə Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edirdi. Bizə dost olmayan ölkələrlə - xüsusilə də Ermənistan, İran və Hindistan kimi ölkələrlə xüsusi yaxınlıq nümayiş etdirir, bizimlə dost olan Türkiyə, Pakistan və İsrail kimi ölkələrlə isə əksinə, düşmənçilik münasibəti sərgiləyirdi".

Bunu Bakupost.az -a politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistana qarşı təşəbbüs etdiyi sənədlərin bloklanmasında fəal iştirak edən Əsəd hakimiyyəti, rəsmi İrəvanla açıq-aşkar müttəfiqlik edirdi:

"İslam Əməkdaşlıq Təşkilatında hər dəfə Azərbaycanın Ermənistana qarşı qaldırdığı təşəbbüslərin əleyhinə çıxış etməklə də qarşı tərəfə dəstək nümayiş etdirirdi. Bütün bunlarla yanaşı Suriyanın daxilindəki ermənilərə də xüsusi imtiyazlar verilmişdi. Odur ki, indi Əsəd rejiminin çökməsi ilə onun dəstək verdiyi Ermənistan və Hindistan kimi ölkələr də faktiki olaraq uduzmuş tərəfdə yer alırlar. Həm Əsəd rejiminə, həm də Ermənistana dəstəyi ilə seçilən İran da çıxılmaz vəziyyətlə üzləşib”.



Politoloq qeyd edib ki, Türkiyə dəstəkli müxalif qüvvələrin Suriyada söz sahibi olması, eləcə də Azərbaycan kökənli hesab olunan türkmənlərin bu və ya digər şəkildə Suriyada mövqelərini möhkəmləndirməsi ilə bundan sonrakı Suriya Azərbaycana qarşı düşmən mövqedə dayanan ölkə olmayacaq:

“Əsəd rejiminin çökməsi strateji müttəfiqimiz, qardaş ölkə olan Türkiyənin mövqelərini gücləndirdi. İkincisi isə Əsəd rejiminin uzun illər ərzində Ermənistana vediyi dəstək fonunda indi bu rejimin süquta uğraması bizim də maraqlarımıza cavab verir".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar