Ru
16:26 / 06 Yanvar 2025

Əsəd rejiminin qadın qatili Suriyada nazir oldu - FOTO

Əsəd rejiminin qadın qatili Suriyada nazir oldu - FOTO
2234


Suriyanın müvəqqəti hökumətinin Ədliyyə naziri Şadi əl-Vaisi qadınları korrupsiya, fahişəlik və “zina” ittihamları ilə edam cəzasına məhkum edib.

Bakupost.az xəbər verir ki, bu barədə Verify-Sy komandasının suriyalı analitikləri məlumat verib.

Qeyd olunur ki, Əl-Vaisi Suriyanın İdlib əyalətində iki qadın üçün edam hökmünü oxuyan zamangörüntülənib. O, keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə hakim vəzifəsində çalışıb.

Tədqiqatçılar iki qadının edam edildiyini əks etdirən ayrı-ayrı sosial media videosunu nəzərdən keçiriblər. Görüntülərin 2015-ci ildə lentə alındığı iddia edilir. Əl-Vaisi qadınlarında birini korrupsiya və fahişəlik, digərini isə “zina” ittihamı ilə cəzalandırıb. Zina ittihamı dini radikallar arasında geniş şərhə malikdir: belə ki, fahişəlikdən tutmuş yad kişiyə gülümsəməyə qədər bir çox əməllər zina kimi qiymətləndirilir.

Qeyd olunur ki, hökmdən sonra digər kişilər qadınların başına atəş açır, ətrafda dayananlar isə onların ölümünü “Allahu Əkbər” hayqırtıları ilə alqışlayırlar. Hər iki halda Əl-Vaisi edamda birbaşa iştirak edib.

Yüksək vəzifəli bir məmur Verify-Sy komandasına videodakı şəxsin həqiqətən Suriyanın hazırkı ədliyyə naziri Şadi Əl-Vaisi olduğunu təsdiqləyib. O, edamların "ölkənin o zamankı qanunlarına uyğun olduğunu" deyib.

Suriyanın yeni hökumətinə qarşı islamçılıq ittihamları getdikcə artır. Suriyalı jurnalist və siyasi fəal Rami Jarrah “The New Arab” qəzetinə deyib ki, müsəlman icmaları “orta əsr davranışları” sərgiləməməlidir. Yeni hakimiyyət orqanları qamçı vurmaqdan və qadınların açıq edamından imtina etməlidir.



“Əl-Vaisi 2015-ci ildəki hərəkətlərin və hakimiyyət sisteminin səhv olduğunu etiraf etməlidir, ya da istefa verməlidir”, - deyə o əlavə edib.

Xatırladaq ki, Suriya islamçı xəbər kanalları Almaniyanın xarici işlər naziri Annalena Berbokun Dəməşqə son səfəri zamanı onun fotoşəkillərini "bulandıraraq" təqdim edib.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar