Suriyanın keçmiş daxili işlər naziri Məhəmməd əl-Şaar yeni hakimiyyətə təslim olub.
Bakupost.az -ın məlumatına görə, bu barədə "Al Arabiya" məlumat yayıb.
Məlumata görə, keçmiş DİN rəhbəri güc strukturları ilə könüllü əlaqə qurub.
O, 2011-2018-ci illərdə nazir vəzifəsində çalışıb. Bundan əvvəl hərbi polisin rəhbəri olub.
KİV-in məlumatına görə, o, 2008-ci ildə Sednaya həbsxanasında üsyanın yatırılmasında ittiham olunur, nəticədə 20-dən çox məhbus öldürülüb.
2011-ci ilin ortalarından əl-Şaar Qərb sanksiyaları altındadır.