Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 19 yaşlı Rəşad Əkbərov vəfat edib.
Bakupost.az xəbər verir ki, o, dünən gecə saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Rəşad Əkbərov yenicə hərbi xidmətdən tərxis olunmuşdu. O, aprelin 11-də Biləsuvar-Bəhrəmtəpə yolunun Nəsimikənd kəndi ərazisində həmkəndlisi tərəfindən idarə olunan “Mercedes” markalı mikroavtobusun vurması nəticəsində ağır xəsarət almışdı.
Faktla bağlı araşdırma davam etdirilir.
Elnur
Bakupost