Ru
16:22 / 07 Mart 2024

"Əsl əfsanə..." - Prezidentin nəvələri Qurban Qurbanovla - FOTO

"Əsl əfsanə..." - Prezidentin nəvələri Qurban Qurbanovla  - FOTO
Eye

Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüblər.

Bakupost.az xəbər verir ki, bu barədə Mikayıl Ağalarov öz instaqram hesabında paylaşım edib.

O, paylaşımda Qurban Qurbanovu əsl əfsanə adlandırıb:

“Əziz Qurban Qurbanova böyük ehtiramla... Əsl əfsanə. Bu gün kiminlə oynamağımızın fərqi yoxdur. Biz Bakıda, Azərbaycanda oynayırıq. İstəyirik ki, bu şəxs axşam stadionda və ya televizor qarşısında olacaq hər birinizin dəstəyini hiss etsin. O, çox iş görüb və çətin bir yol keçib. Bunun nəticəsi olaraq biz bu gün öz evimizdə Avropa Liqasının 1/8 final mərhələsini keçirə bilirik. Bizim gözəl komandamız, oyunçularımız və heyətimiz var. Bunu bir daha təkrarlayaq! Tək sevgi -QARABAĞ FK!!!”


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar