Ru
13:45 / 23 İyul 2024

Əsl sənət niyə gəlir gətirmir? - Aqşin Yenisey

5041
Aqşin Yenisey

Tez-tez deyirlər, niyə başqa sənət sahibi olmadın, bilmirdin ki, şeirə, romana bizdə pul verən yoxdur?

Peşə ilə sənəti bir-birindən ayıra bilməyən gerizəkalı yığını.

Peşə sənin seçdiyindir! Dəmirçi, kömürçü və s.

Sənət səni seçəndir! Şair, bəstəkar və s.

Yalnız Orta əsr düşüncəsində ilişib qalmış xalqlar sənəti peşə kimi anlayırlar və onu faydalılığına görə dəyərləndirirlər.

Yaxud totalitar sistemlər sənəti peşəyə çevirirlər. Məsələn, keçmiş sovet ittifaqında şairlik, yazıçılıq, bəstəkarlıq və s. sənət sahələri peşələşdirilmişdi. Çünki bəlli standartlar vardı və hər bir sovet şairi, yazıçısı, bəstəkarı nəyi necə yazacağını, bəstələyəcəyini qabaqcadan bilirdi.

(Öldürülən, sürgün olunan və qınına çəkilib ictimai imtiyazlardan imtina edən təsadüfi sənət adamlarını çıxmaq şərtilə)

Sənətin qabaqcadan bəlli olan ölçüləri yoxdur.

Əsl sənətin gəlir gətirməməsinin səbəbi də budur; onun ölçülərinin cəmiyyətin gözləntiləriylə üst-üstə düşməməsi. Cəmiyyət, xalq ölçə bildiyinə dəyər verir. Çünki yalnız ölçə bildiyindən faydalana bilir.

Din deyir, allah doğmayıb, doğulmayıb, yəni ölçülə bilən deyil, xalq onu Həcclə, namazla, qurbanla ölçülə bilən şəklə salıb faydalanmaq istəyir.

Ümumiyyətlə, əsl sənət və sənət adamı insanlıqla öz arasındakı uçrumu doldurmağa çalışan deyil, daha da dərinləşdirəndir.
Şərhlər
  • Abdul Abidov

    Hörmətli gənc Müəllif, elə SSRİnda da əqidəyə saf-ilahi Ucalıq, peşəyə Peşə, sənət Sənət kimi yanaşılıb! 1970ci illərdə Azərbaycanın kiçik bir şəhərində 13-15 məscidindən yalnız birinə əsasən təqaüdçülər, məscid olan kəndlərdən Cümə namazına toplanırdılar. Məscidlərə yeni anbar, axşam məktəbi, ibtidai, erməni dilli məktəblər, uşaq bağçası təyinatları verilmişdi. Rusiya və Ukraynanın iki şəhərinə ezamiyyətin bazar günləri mümkün sayda çox ibadət yerlərini ziyarətə getdim! Oralarda da ziyarətçilər çox az, əsasən yaşlılar idilər. Ancaq, hər bir ibadətgah bəlkə də, SSRİndan öncək dövrdə olduğu kimi dəyişməz, *toxunulmamış* kimi saxlanmaqda idi. Fərqli münasibət gözlərimi yaşartdı.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar