Tanınmış aparıcı Ürfan Məmmədli yeni "Haradan başlamalı" layihəsinə başlayıb.
Bu barədə Bakupost.az -a aparıcı özü bildirib.
"Haradan başlamalı"podkastında kitabı nəşr olunan yazıçı, şair, qələm sahibləri ilə "Nə yazırlar?" istiqamətində söhbətlər aparılacaq. Məqsəd isə oxucuları yerli müəlliflərlə və onların nəşr etdiyi kitablarla yaxından tanış etməkdir.
Fikirləri ilə ətrafına işıq saçan, amma hələ də kitab nəşr etdirməyən aydınlarla isə "Niyə yazmırlar?" mövzusunda müzakirələr olacaq.
Aparıcı bildirib ki, ölkədə kitaba olan marağı daha da artırmaq, yazarlarımızı geniş auditoriyaya tanıtmaq yolunda izləyicilərin ona dəstək olacağına inanır.
Qeyd edək ki, podkastın ilk qonağı səyyah, bloger, 3 kitab müəllifi İradə Qədirova olub.