Ru
11:55 / 06 Fevral 2025

Əsrin fəlakətinin ikinci ildönümü: Zəlzələ qurbanları belə anıldı - FOTOLAR

Əsrin fəlakətinin ikinci ildönümü: Zəlzələ qurbanları belə anıldı - FOTOLAR
719

Bu gün Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələdən 2 il ötür.

Bakupost.az xəbər verir ki, qardaş ölkədə xeyli insan itkisi və böyük dağıntılara səbəb olan fəlakətin qurbanları yad edilib.

Təbii fəlakətdə həyatını itirənlərin yaxınları Kahramanmaraş, Gaziantep, Hatay, Adıyaman, Osmaniye, İskenderun və digər şəhərlərdə gecə saatlarından zəlzələdə həyatını itirənlərin məzarını ziyarət ediblər.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub.










Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar