Cənubi Afrikanın kiçik Esvatini krallığında timsahların Mndоbаndoba kəndinin sakinlərinə hücum etməyi dayandırması təəccüblə qarşılanıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Times of Esvatini” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, daşqından sonra ətraf kəndlərin əhalisi müntəzəm olaraq, timsahların hücumuna məruz qalıb. Kənd sakini olan balaca qız da daxil olmaqla bir neçə nəfər yaralanıb.
Sakinlər bildirir ki, Mndоbаndobada timsahlar tez-tez görünsə də, onlar nədənsə insanlara maraq göstərmir. Kəndlilərin fikrincə, onları saxladıqları eşşəklər xilas edib.
"Biz su altında qalmış körpünün yanında çoxlu timsahlar gördük, amma onlar insanlardan uzaq durmağa çalışırlar. Belə təəssürat yaranır ki, onlar bizdən daha çox eşşəkləri yeməyi üstün tuturlar. Əgər eşşəklər yoxdursa, o zaman itləri, keçiləri, ən pis halda toyuqları yeyirlər", - deyə kənd sakinlərindən biri qəzetə bildirib
Yeganə faciəli hadisə bir ayda əvvəl Mndоbandobada tanınmış balıqçının sürüşərək çaya düşməsi nəticəsində baş verib. Dərhal 30-dan çox timsah ona hücum edib. Yaxınlıqda insanlar olsa da, heç kim onu xilas etməyə cəhd göstərməyib.
Lalə, BakuPost