Ru
18:39 / 10 Oktyabr 2024

"Estoniya ilə matçda 3 xal qazanacağımıza inanıram"

788
Estoniya ilə matçda 3 xal qazanacağımıza inanıram.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

29 yaşlı müdafiəçi sabah qələbə qazanmaq istədiklərini bildirib:

“Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Əlimizdən gələni edib, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Estoniya ilə matçda 3 xal qazanacağımıza inanıram”.

Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar