Hansı bank etibarlıdır? - SORĞU
Ru
01:31 / 27 Dekabr 2022

Ətirlər bizi keçmişə necə aparır?

61897
Ətirlər əhvalımızı dəyişməkdə kifayət qədər təsirlidir. Hiss etdiyimiz hər bir qoxu xatirələri geri qaytara və ya duyğularımızı tamamilə başqa istiqamətə yönləndirə bilər.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, yaddaş və qoxu arasında kifayər qədər möhkəm bağlar mövcuddur.

Yaddaş nə qədər güclüdürsə, hiss etdiyiniz qoxunun sizi keçmişə aparma ehtimalı da bir o qədər yüksəkdir.

Həmçinin, sizi pis əhvala bürüyən və ya travma keçirən bir hadisəni xatırlamaq istəmirsinizsə, onunla əlaqəli qoxulardan da uzaq durun.

Təbii ki, qoxular gözəl xatirələri də geri qaytara bilər.

Əgər xoş anlarınızı yada salmaqda çətinlik yaşayırsınızsa, o xatirələrlə əlaqəli qoxuları hiss edin.

Bəzi səhərlər pis əhval-ruhiyyə ilə oyanmaq məcburiyyətində qalırıq. Ətirlərdən istifadə etməklə bu rejimdən çıxmaq mümkündür.

Bundan başqa, evə girən kimi sizi qarşılayan qoxu yorğun bir günün ardından əhvalınızı dəyişə bilər.

Çölə çıxarkən mütləq ətirinizi çiləməyi unutmayın və günə xoş başlayın.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar