Ru
19:10 / 27 Dekabr 2024

Evdən qaçan şir yoldan keçənlərə hücum etdi - FOTO

 Evdən qaçan şir yoldan keçənlərə hücum etdi - FOTO
Eye

Pakistanın Lahor şəhərinin sakininə məxsus üç şirdən biri qəfəsdən qaçaraq yoldan keçənlərə hücum edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Pakistan Observer" məlumat yayıb.

Məlumata görə, şirin sahibi Çaudri Əli İmran yırtıcını yaşayış kompleksinin ərazisində saxlayırmış. Onun küçəyə necə qaçdığı hələlik məlum deyil. Yaşayış kompleksinin silahlı mühafizəçisi heyavanın adamlara hücumunun qarşısını almaq üçün onu öldürməli olub.

Zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumat yoxdur. Hadisə yerinə gələn polis araşdırmalara başlayıb.

Hadisə vəhşi heyvanların yaşayış məntəqələrində saxlanılmasının qadağan edilməsi ilə bağlı geniş ictimai müzakirəyə səbəb olub.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar