Yaponiyada evinə gələ kişi qonaq otağında stolun altında ayı aşkar edibı.
Bakupost.az xəbər verir ki, bu barədə Sora News24 xəbər yayıb.
Hadisə Fukusima prefekturasının Kitakata şəhərində baş verib.
60 yaşlı kiş axşam evə qayıdanda qonaq otağında kotatsunun (ənənəvi yapon istilik stolu) altında ayı görüb.
Kişi dərhal qonşuya gedərək polisə zəng edib. Daha sonra o, yenidən evə gəlib və oyanan ayının stolun üstündəki qəlyanaltıları yediyini görüb. Hadisə yerinə gələn ovçular və polis bütün qonşuları hadisə barədə məlumatlandırıb və onlardan evlərini müvəqqəti tərk etmələrini istəyib.
Ertəsi gün səhər ovçular ayını evdən çıxarmaq üçün fişənglərdən istifadə ediblər. Bundan sonra ayı küçəyə qaçaraq yaxınlıqdakı tövlədə gizlənib.
Ovçular heyvanı uyuşdurcu oxla vurub, daha sonra onu dağlara aparıblar.
Lalə, BakuPost