Ru
12:46 / 17 Aprel 2025

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər
Eye

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının cəzasının qalan hissəsindən azad olunması ilə bağlı müraciətinə hansı tarixdə baxılacağı məlum olub.

Bakupost.az xəbər verir ki, vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə aprelin 24-də baxılacaq.

Qeyd edək ki, Əvəz Zeynallıya bir müddət əvvəl xərçəng diaqnozu qoyulub. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət edilib.

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar