Ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist Əvəz Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.
Bakupost.az xəbər verir ki, Nizami Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb.
Hakim Nigar Qədirli xərçəng xəstəliyindən əziyyət çəkən məhkumun həbsdə qalmasını hüquqi baxımdan düzgün hesab etməyib.
Qərara əsasən, Əvəz Zeynallı cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlanıldığı cəzaçəkmə müəssisəsindən dərhal azad ediləcək.
Tibbi arayışda qeyd edilib ki, jurnalist 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkir və onun həbsdə müalicəsi mümkünsüzdür.
Qeyd edək ki, bu günlərdə bir sıra jurnalistlər və hüquq müdafiəçiləri Əvəz Zeynallının həbsdən azad edilməsinə kömək edilməsi üçün Prezidentə müraciət etmişdilər.
Xatırladaq ki, Ə.Zeynallı külli miqdarda rüşvət alma və nüfuz alverində təqsirli bilinib.