Ru
18:39 / 15 Aprel 2025

Əvəz Zeynallının azadlığa çıxması üçün məhkəməyə müraciət edildi - Vəkil

Əvəz Zeynallının azadlığa çıxması üçün məhkəməyə müraciət edildi - Vəkil
Eye

Tanınmış jurnalist Əvəz Zeynallının səhhətindəki ciddi problemlərlə əlaqədar onun cəzadan azad olunması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilib.

Bakupost.az xəbər verir ki, bu barədə onun vəkili Rəşad Vaqifoğlu məlumat verib.

Onun sözlərinə görə, müraciət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən təqdim olunub. Həmin maddəyə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.

Vəkil qeyd edib ki, “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”nda “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də yer alır.

“Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, təqdim olunmuş tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edəcək”, – deyə Rəşad Vaqifoğlu bildirib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar