Ru
13:37 / 28 Mart 2025

Evi başına uçurdulan vətəndaş şirkətdən 2 milyon manat istəyib?

Evi başına uçurdulan vətəndaş şirkətdən 2 milyon manat istəyib?
Eye

"Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.

Bəs görəsən, bu iddia həqiqəti əks etdirir?

Bakupost.az xəbər verir ki, şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.

O bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:

"Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar