Ru
00:16 / 01 Mart 2024

Evini yandırdı, özü də içində öldü- YENİLƏNDİ

Evini yandırdı, özü də içində öldü-  YENİLƏNDİ
Eye

Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatları məlum olub.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə qəsdən törədilib.

Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Əkbərov Eyvaz Həsən oğlu yaşadığı evi yandırıb.

Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub.

Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.

***

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bakupost.az FHN-ə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar