Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:49 / 23 İyul 2024

Əvvəl qardaşını, sonra özünü öldürdü -YENİLƏNDİ

2112
Abşeronda qardaş qardaşı bıçaqlayaraq öldürüb, daha sonra intihar edib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray MTK-da baş verib.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

***

İyulun 23-də saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakupost.az -a Abşeron rayon prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Bağırovun birgə yaşadıqları mənzildə qardaşı 1962-ci il təvəllüdlü Sərxan Bağırova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsi, daha sonra isə özünü binadan ataraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xatırladaq ki, daha əvvəl Abşeron rayonunda iki qardaş arasında münaqişə nəticəsində birinin bıçaqlandığı, digərinin intihar etdiyinə dair məlumat yayılmışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar