Ru
23:18 / 08 Aprel 2025

Əzizağa Quliyev vəfat edib

Əzizağa Quliyev vəfat edib
Eye

Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan alim Əzizağa Quliyev bu gun vəfat edib.

Bu barədə Bakupost.az -aAzərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov bildirib.

"Əzizağa Quliyev Azərbaycan səhnə danışığının inkişafında çox böyük işlər görüb. Onlarla sənət adamının, aktyor və rejissorların yetişməsində əvəzsiz rol oynayıb", - M.Hətəmov qeyd edib.

Qeyd edək ki, Əzizağa Quliyev 1940-cı ildə doğulub. O, ömrünün 53 ilini ADMİU-da tələbələrə düzgün danışıq tərzi öyrətməklə məşğul olub. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun kino və teatr aktyorluğu şöbəsində təhsil alıb.

1965-1968-ci illərdə o Moskvada səhnə danışığı ixtisası üzrə təhsilini mükəmməlləşdirir. Doğma ali məktəbə qayıdan ümumittifaq səviyyəli gənc mütəxəssis 1968-1990-cı illərdə baş müəllim, 1990-cı ildən etibarən isə dosent kimi fəaliyyət göstərir. 12 il (1989-2001) "Səhnə danışığı" kafedrasına rəhbərlik edib, bu dövrdə beş il (1996-2001) professor vəzifəsində səmərəli elmi-pedoqoji fəaliyyət göstərib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar