Ru
11:07 / 24 Aprel 2025

Fahişəliyə məcbur edilən azərbaycanlı qadın xilas olundu

Fahişəliyə məcbur edilən azərbaycanlı qadın xilas olundu
Eye

Türkiyədə əxlaqsızlıq yuvasında əməliyyat keçirilib.

Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, əməliyyat Kütahya şəhərində baş tutub. 2 ay davam edən izləmələrin nəticəsində aprelin 22-də səhər tezdən 7 ayrı ünvana basqın edilib.

Nəticədə fahişəliyə cəlbetmə və vasitəçilik edən 1-i qadın olmaqla 6 nəfər saxlanılıb.

Həmçinin əməliyyatın baş tutduğu ünvanlardan fahişəliyə məcbur edilən 1-i azərbaycanlı olmaqla ümumilikdə 13 qadın xilas olunub.

Bundan əlavə, həmin ünvanlardan çoxlu sayda silah-sursat və əxlaqsız videoların olduğu disklər aşkarlanıb. İstintaq çərçivəsində 45 nəfərin ifadəsi alınıb və araşdırmaların davam etdiyi bildirilir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar